Laboratoriya

Laboratoriya

Biokimyəvi Laboratoriya

c. Daxili orqanların bir çox göstəricilərinin qanda təyini qaraciyər, böyrək, mədəaltı vəzi və s. funksiyasında olan hər hansı bir pozğunluğu vaxtında aşkar etməyə imkan verir. Tibbin bütün sahələrində-terapiya, endokrinologiya, urologiya, nefrologiya, qastroenterologiya, kardiologiya, ginekologiya və s. biokimyəvi müayinələrdən çox geniş istifadə edilir. 

Klinikanın laboratoriya bölməsində qanın və sidiyin biokimyəvi göstəriciləri avtomat biokimyəvi analizatorunda təyin edilir. Analizatorun təyin spektrinə 60-dan artıq göstərici daxildir:

  • Zülal mübadiləsi – ümumi zülal, albumin, qlobulin, A/Q və s.
  • Qaraciyər və piqment mübadiləsi göstəriciləri – ALT, AST, QQT, bilirubin və bilirubin fraksiyaları və s.
  • Böyrəklər – kreatinin, sidik cövhəri, qalıq azot, kreatinin klirensi və s.
  • Ürək – LDH, kreatinkinaza, KFK-MB və s.
  • Mədəaltı vəzi – amilaza, lipaza və s.
  • Lipid mübadiləsi – ümumi xolesterin, triqliseridlər, yüksək, orta və aşağı sıxlıqlı lipoproteinlər və s.
  • Karbohidrat mübadiləsi – qlükoza, qlikohemoqlobin və s.
  • Mineral mübadiləsi – kalsium, kalium, xlor, maqnezium, fosfor, natrium və s.
  • Spesifik zülallar – C-reaktiv zülal, revmatoid faktor, antistreptolizin-O və s.

 

 

Kliniki Laboratoriya

Klinikanın laboratoriya şöbəsində geniş spektrli kliniki müayinələr aparılır. 

Qanın ümumi müayinəsi tam avtomat rejimdə işləyən hematoloji analizatorda aparılır. Müayinəyə hemoqlobin, hematokrit, eritrosit, leykosit, trombosit də daxil olmaqla qanın 20-yə yaxın göstəricisi daxildir. Qanın hər bir parametrini ayrılıqda təyin edərək dinamikanı izləmək mümkündür. 

Eyni zamanda laboratoriyada periferik qandan götürülmüş yaxmanın mikroskopiyası həyata keçirilir. Retikulositlər təyin edilir. İmmunohematoloji müayinələr – qan qrupu və rezus faktorun təyini, Kumbs reaksiyası aparılır. 

Qanın laxtalanma faktorları – laxtalanma vaxtı, trombin və protrombin vaxtı və protrombin indeksi, fibrinogen, İNR, APTT və s. avtomatik fotometriya metodu vasitəsilə təyin edilir. 

Sidiyin ümumi analizi avtomatik analizatorda aparılır. Burada sidiyin fiziki və biokimyəvi göstəriciləri ilə bərabər sidik çöküntüsünün mikroskopik müayinəsi də aparılır. 

Helmintozların və bağırsaq protozoylarının, mədə-bağırsaq traktında həzm və sorulma proseslərinin pozğunluqlarının dəqiq təyini üçün koproloji müayinələr aparılır. 

Uroginekoloji və androloji müayinələrdə geniş istifadə olunan urogenital, prostat vəzi şirəsindən hazırlanmış yaxmaların mikroskopiyası, Kursrok-Miller və Şuvarski sınaqları, spermoqramma, spermada fruktozanın təyini, qanda və spermada antispermal antitellərin təyini və s. müayinələr həyata keçirilir. 

Sidiyin, nəcisin, bəlğəmin, urogenital və prostat vəzi şirəsindən alınmış yaxmaların, qanın və s. bioloji möhtəviyyatların əkilməsi və 20-dən artıq antibiotikə qarşı həssaslığının təyin edilməsi mikrobioloji laboratoriyanın əsasını təşkil edir. Bundan əlavə udlaqdan alınmış yaxmada streptokokk A-nın, vaginal yaxmada streptokokk B-nin ekspress təyini də aparılır. 

 

 

Laborator müayinələr üçün kompleks proqramlar

Lipidlər 

  • Qanda lipidlərin səviyyəsi ateroskleroz xəstəliyinin əsas göstəricilərindən biridir. 
  • Triqliseridlər (Tryglycerides) 
  • Ümumi xolesterin (Cholesterol total) 
  • Xolesterol – YSLP (yüksək sıxlıqlı lipoproteinlər, HDL HDL Cholesterol)   
  • Xolesterol – ASLP (aşağı sıxlıqlı lipoproteinlər, Cholesterol LDL) 

Kardiorisk 

Bu profildə miokard hüceyrələrinin zədələnməsini göstərən testlərlə yanaşı, gələcəkdə ürək-damar xəstəliklərinin inkişafına səbəb ola biləcək faktorlar da yer almışdır:
 
  • AlAT (ALT, Alaninaminotransferaza, SGPT, Alanin aminotransferase) ;
  • AsAT (AST, aspartataminotransferaza, AST, SGOT, Aspartate aminotransferase) ;
  • Kalium (K+, Potassium), Natrium (Na+, Sodium), Xlor (Cl-, Chloride) ;
  • Kreatinkinaza (Kreatinfosfokinaza, KK, KFK, CK, Creatine kinaze) ;
  • Kreatinkinaza – MB (Kreatinfosfokinaza – MB, KK-MB, KFK-MB, Creatin Kinase – MB, CK-MB, KK-2) ;
  • Laktatdehidrogenaza-1 (LDG –nın 1-ci izofermenti, LDG-1, alfa-hidroksibutirat dehidrogenaza, laktatdehidrogenaza 1-in izofermenti, Alpha-HBDH) ;
  • LDG (Laktatdehidrogenaza, L-laktat: NAD+ Oksireduktaza, Lactat dehydrogenase, LDH) ;
  • Protrombin, BNN (protrombin vaxtı, PT, Prothrombin, İNR) ;
  • C-reaktiv zülal (CRP, CRZ) ;
  • Triqliseridlər (Tryglycerides); 
  • Fibrinogen (Fibrinogen) ;
  • Ümumi xolesterin (Cholesterol total) ;
  • Xolesterol – YSLP (yüksək sıxlıqlı lipoproteinlər, HDL HDL Cholesterol) ;
  • Xolesterol – ASLP (aşağı sıxlıqlı lipoproteinlər, Cholesterol LDL) .

Qaraciyərin müayinəsi – skrininq 

  • AlAT (ALT, Alaninaminotransferaza, SGPT, Alanin aminotransferase) ;
  • AsAT (AST, aspartataminotransferaza, AST, SGOT, Aspartate aminotransferase) ;
  • Ümumi bilirubin (Bilirubin total) ;
  • Qamma-qlütamiltranspeptidaza (QQT, qlütamiltranspeptidaza, GGT, Gamma-glutamyl transferase) ;
  • Qələvi fosfataza (QF, Alkaline phosphatase, ALP) ;
  • Qaraciyərin müayinəsi – tam .

Xidmətlər

Allerqologiya

Allerqologiya – allergik xəstəliklərin öyrənilməsi, diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olur. Allergiya zamanı orqanizm bir sıra maddələrə qarşı h...

Davamı
Dermatologiya

Dermatologiya – dərinin struktur quruluşu və funksiyalarını patologiya zamanı müəyyən edərək, dəri xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğu...

Davamı
Diaqnostika

Elektrokardioqrafiya (EKQ) Ürək əzələsinin hər bir hüceyrəsi öz-özlüyündə sanki kiçik bir elektrik generatoru olub, qıcıq dalğasına cavab olaraq yü...

Davamı
Endokrinologiya

Endokrinologiya – tibbin daxili sekresiya vəzilərinin fəaliyyəti ilə məşğul olan bir sahəsidir.  Daxili sekresiya vəziləri müxtəlif hormonlar sintez edərək qana ifraz ed...

Davamı
Cərrahiyyə

Medical Plaza klinikasında abdominal, torakal cərrahiyyə, urologiya, oruginekologiya, proktologiya, travmatologiya və s. sahələrdə ən müasir və unikal endocərrahi əməliyyatlar aparıl...

Davamı
Fizioterapiya

Elektroterapiya – elektrik cərəyanı, elektrik, maqnit və elektromaqnit sahələrinin orqanizmə göstərdiyi təsirə əsaslanan metodlar kompleksidir. Bu üsullar ilk növb...

Davamı
Flebologiya

Flebologiya ( yunanca “flebo” – vena, “logos” - elm) – venoz xəstəliklərin profilaktika, diaqnostika və müalicəsi ilə məşğul olan bir elmdir.  &...

Davamı
Kardiologiya

Kardiologiya - tibbin ürək-damar sisteminin xəstəliklərinin diaqnostika,müalicə və profilaktikası ilə məşğul olan bir sahədir.Medical  Plaza klinikasının kardiol...

Davamı
Kosmetologiya

- Eximia   - Skin Master Plus   - Synchro HP   - Ultrashape   - Body and face analyzer   - Diamagnetic Pump   Üzün kosmetologiyası (cavanlaşdırma...

Davamı
Nefrologiya

Nefrologiya – böyrək və sidik yolların xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahədir. Klinikada kəskin və xroniki piyelonefrit...

Davamı
Otorinolarinqologiya

Otorinolarinqologiya (LOR) – tibbin burun boşluğu, udlaq, qırtlaq, qulaq xəstəliklərinin müalicə və diaqnostikası ilə məşğul olan bir sahəsidir.  Klinikanın LOR-xi...

Davamı
Plastik Cərrahiyyə

- Estetik Cərrahiyyə   - Rekonstruktiv Cərrahiyyə   - Yanıqlar - Botox nədir?   - Dolğular   - Saç əkimi   - Əməliyyatların nəticələri  ...

Davamı
Proktologiya

Babasil xəstəliyi ( hemorroy) - ən geniş yayılmış  xəstliklərdən biridir. Bizim klinikada problem radikal həll olunur və az invazin metodla!  Babasil  xəst...

Davamı
Qastroenterologiya

Qastroenterologiya – tibbin mədə-bağırsaq siteminin xəstəliklərinin (qida borusu, mədə, on iki barmaq bağırsaq, qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəz...

Davamı
Urologiya və Andrologiya

Urologiya – tibbin sidik-ifrazat sistemi və kişi cinsiyyət orqanlarının xəstəlikləri ilə məşğul olan bir sahəsidir.Andrologiya isə urologiyanın bir qolu olub kişilərdə cin...

Davamı
Laboratoriya

Biokimyəvi Laboratoriya c. Daxili orqanların bir çox göstəricilərinin qanda təyini qaraciyər, böyrək, mədəaltı vəzi və s. funksiyasında olan hər hansı bir pozğunluğu...

Davamı
Revmatologiya

Revmatologiya - təbabətin dayaq-hərəkət aparatı, yəni sümük-oynaq-əzələ-bağ sistemi və onurqa sütunu xəstəliklərini öyrənən bir elm sahəsidir.Bu qr...

Davamı
Pediatr

Pediatriya-tibbin uşaq xəstəliklərini,bu xəstəliklərin müalicə və profilaktikasını öyrənən sahəsidir.Böyüməkdə olan uşaq orqanizminin xüsusiyyətləri, yaşla...

Davamı
Damar Cərrahiyəsi

Xəstəxanamızda arteriya,vena və limfa damarları üzərində geniş spekterli cərrahi əməliyyatlar həyata keçirilir....

Davamı
Psixoterapiya

Psixoterapiya  – psixoloji üsullar və metodlar vasitəsilə həyata keçirilən müalicədir. Psixoterapiya prosesində pasiyent öz emosiyalarını tənzimləməyi...

Davamı

Onlayn qeydiyyat

* ilə işarəli sahələrin doldurulması məcburidir!

Qeydiyyatdan kec