Fizioterapiya

Fizioterapiya

Elektroterapiya – elektrik cərəyanı, elektrik, maqnit və elektromaqnit sahələrinin orqanizmə göstərdiyi təsirə əsaslanan metodlar kompleksidir. Bu üsullar ilk növbədə yüklü hissəciklərin istiqamətinə görə qruplaşdırılır. 

 

 - Sabit cərəyan (qalvanizasiya) – yüklü hissəciklər yalnız bir istiqamətdə,mənfi qütbdən müsbətə doğru hərəkət edirlər.Bu cərəyan elektroforez (ionoforez) və dezinkrustasiya proseduraları üçün istifadə olunur. 

 

-  Dəyişkən cərəyan – yüklü hissəciklərin hərəkəti periodik olaraq əks istiqamətdə gedir. 

 

-  İmpulslu cərəyan – cərəyan hissə-hissə verilir. 


Yuxarıda adları çəklilən hər bir cərəyan öz növbəsində müxəlif tezliyə malik ola bilər: yüksək, orta və aşağı tezlikli. 

Yüksək tezlikli dəyişkən cərəyan darsonvalizasiya zamanı istifadə olunur. Darsonvalizasiya dərinin tonusunu, qan və limfa dövranını yaxşılaşdırır. Quruducu və iltihabəleyhinə təsir göstərdiyindən təmizləmə proseduralarından sonra və sızanaqların müalicəsində istifadə olunur. Qan dövranını yaxşılaşdırdığından saç tökülmənin müalicəsində yaxşı effekt verir. 

Dezinkrustasiya – elektrik cərəyanı vasitəsilə məsamələrin dərin təmizlənməsi prosedurudur. Sabit cərəyandan istifadə olunur. Mənfi yüklü elektrodun üzərinə istənilən dezinkrustant məhlul ilə (1%-li natrium hidrokarbonat, 2%-li natrium salisilat) hopdurulmuş tampon sarılır, müsbət elektrod isə pasientin əlinə verilir. Mənfi elektrodun təsiri ilə məsamələr açılır, dəri piyi sabunlaşır, piy və tər vəzilərinin axacaqlarından xaric olunur. Sonra üz yuyulur, sonda isə dərinin pH bərpa etmək üçün müsbət yüklü elektrodla həmin sahələr 1-2 dəqiqə işlənir. 

Elektroforez (ionoforez) – derman maddəsinin və ya kosmetik vasitənin elektrik cərəyanı vasitəsilə yeridilməsidir. Bu maddələr elektrik sahəsinin təsiri ilə dəriyə nüfuz edərək depo əmələ gətirir, limfa vasitəsilə dərindəki toxumalara keçərək müalicəvi təsir göstərir. Proseduranın effekti istifadə olunan maddənin farmakoloji təsirinə əsaslanır. Əgər yeridilən maddənin hansı qütbdən yeridilməsi məlum deyilsə adətən müsbət qütbdən istifadə edilir. 

Kosmetologiyada istifadə olunan elektrostimulyasiya, mikrotok terapiya, iynəli lipoliz və s. aşağı tezlikli impulslu cərəyana əsaslanmışdır. Bu üsullar ümumilikdə əzələ və sinirlərə stimullaşdırıcı, qan və limfa dövranını normallaşdırıcı təsir göstərir, artıq çəki və sellülitin müalicəsində, əzələ boşluğunda, dəri sallanmalarında və ödemin aradan götürülməsi üçün istifadə olunur. 

Kosmetoloji praktikada mikroaxın terapiyasına analoji olaraq liftinq, dərinin mübadilə proseslərinin yaxşılaşdırılması, cərrahi əməliyyat və dermabraziyadan sonra yaraların sağalması, ödemlərin azalması, kosmetik vasitələrin effektivliyinin artırılması məqsədi ilə istifadə olunur. Bu metod bədənin korreksiyası və sellülitin müalicəsində öz effektivliyinə görə elektrostimulyasiyadan geri qalmır. Digər kosmetik və aparat üsulları ilə birgə tətbiq oluna bilər. 

Maqnitoterapiya – maqnit sahəsi materiyanın əsas növü olub vasitəsilə hərəkət edən elektrik yükləri arasında əlaqə və qarşılıqlı təsir həyata keçirilir. 

Kosmetologiyada istifadə edilən maqnitoterapiyanın parametrləri:

  • Maqnit induksiyası 1-100% (1-dən 50 dərəcəyə qədər)
  • Impulsların tezliyi 1-200 Hs
  • Terapiyanın müddəti 1-99 dəq
 

Maqnit sahəsinin orqanizmə daxil olma gücü onun tezliyi ilə əks, gərginliyi (maqnit induksiyası) ilə isə düz mütənasibdir. 

Maqnitoterapiya oksigenin iştirakı ilə gedən fermentativ reaksiyaları gücləndirir və nəticədə bioloji membranların keçiriciliyi dəyişir. 

UYT-axın (UVÇ-toki) – ultrayüksək tezlikli elektrik sahəsi sinir və damar sisteminə müsbət təsir göstərir, faqositar aktivliyi artırır və iltihabəleyhinə effekt verir. 

Kosmetologiyada 80 vt gücü olan cihazlardan adətən iltihabi proseslərdə: furunkullar, hidradenitlər, fleqmonalar, sinir (nevralgiya, nevrit və s.) və damar sistemi xəstəlikləri zamanı istifadə olunur. Proseduranın müddəti 5-15 dəq, kura 2-15 seansdan ibarət olmalıdır. Əks göstəriş arterial hipertoniyadır.

 

 

Xidmətlər

Allerqologiya

Allerqologiya – allergik xəstəliklərin öyrənilməsi, diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olur. Allergiya zamanı orqanizm bir sıra maddələrə qarşı h...

Davamı
Dermatologiya

Dermatologiya – dərinin struktur quruluşu və funksiyalarını patologiya zamanı müəyyən edərək, dəri xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğu...

Davamı
Diaqnostika

Elektrokardioqrafiya (EKQ) Ürək əzələsinin hər bir hüceyrəsi öz-özlüyündə sanki kiçik bir elektrik generatoru olub, qıcıq dalğasına cavab olaraq yü...

Davamı
Endokrinologiya

Endokrinologiya – tibbin daxili sekresiya vəzilərinin fəaliyyəti ilə məşğul olan bir sahəsidir.  Daxili sekresiya vəziləri müxtəlif hormonlar sintez edərək qana ifraz ed...

Davamı
Cərrahiyyə

Medical Plaza klinikasında abdominal, torakal cərrahiyyə, urologiya, oruginekologiya, proktologiya, travmatologiya və s. sahələrdə ən müasir və unikal endocərrahi əməliyyatlar aparıl...

Davamı
Fizioterapiya

Elektroterapiya – elektrik cərəyanı, elektrik, maqnit və elektromaqnit sahələrinin orqanizmə göstərdiyi təsirə əsaslanan metodlar kompleksidir. Bu üsullar ilk növb...

Davamı
Flebologiya

Flebologiya ( yunanca “flebo” – vena, “logos” - elm) – venoz xəstəliklərin profilaktika, diaqnostika və müalicəsi ilə məşğul olan bir elmdir.  &...

Davamı
Kardiologiya

Kardiologiya - tibbin ürək-damar sisteminin xəstəliklərinin diaqnostika,müalicə və profilaktikası ilə məşğul olan bir sahədir.Medical  Plaza klinikasının kardiol...

Davamı
Kosmetologiya

- Eximia   - Skin Master Plus   - Synchro HP   - Ultrashape   - Body and face analyzer   - Diamagnetic Pump   Üzün kosmetologiyası (cavanlaşdırma...

Davamı
Nefrologiya

Nefrologiya – böyrək və sidik yolların xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahədir. Klinikada kəskin və xroniki piyelonefrit...

Davamı
Otorinolarinqologiya

Otorinolarinqologiya (LOR) – tibbin burun boşluğu, udlaq, qırtlaq, qulaq xəstəliklərinin müalicə və diaqnostikası ilə məşğul olan bir sahəsidir.  Klinikanın LOR-xi...

Davamı
Plastik Cərrahiyyə

- Estetik Cərrahiyyə   - Rekonstruktiv Cərrahiyyə   - Yanıqlar - Botox nədir?   - Dolğular   - Saç əkimi   - Əməliyyatların nəticələri  ...

Davamı
Proktologiya

Babasil xəstəliyi ( hemorroy) - ən geniş yayılmış  xəstliklərdən biridir. Bizim klinikada problem radikal həll olunur və az invazin metodla!  Babasil  xəst...

Davamı
Qastroenterologiya

Qastroenterologiya – tibbin mədə-bağırsaq siteminin xəstəliklərinin (qida borusu, mədə, on iki barmaq bağırsaq, qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəz...

Davamı
Urologiya və Andrologiya

Urologiya – tibbin sidik-ifrazat sistemi və kişi cinsiyyət orqanlarının xəstəlikləri ilə məşğul olan bir sahəsidir.Andrologiya isə urologiyanın bir qolu olub kişilərdə cin...

Davamı
Laboratoriya

Biokimyəvi Laboratoriya c. Daxili orqanların bir çox göstəricilərinin qanda təyini qaraciyər, böyrək, mədəaltı vəzi və s. funksiyasında olan hər hansı bir pozğunluğu...

Davamı
Revmatologiya

Revmatologiya - təbabətin dayaq-hərəkət aparatı, yəni sümük-oynaq-əzələ-bağ sistemi və onurqa sütunu xəstəliklərini öyrənən bir elm sahəsidir.Bu qr...

Davamı
Pediatr

Pediatriya-tibbin uşaq xəstəliklərini,bu xəstəliklərin müalicə və profilaktikasını öyrənən sahəsidir.Böyüməkdə olan uşaq orqanizminin xüsusiyyətləri, yaşla...

Davamı
Damar Cərrahiyəsi

Xəstəxanamızda arteriya,vena və limfa damarları üzərində geniş spekterli cərrahi əməliyyatlar həyata keçirilir....

Davamı
Psixoterapiya

Psixoterapiya  – psixoloji üsullar və metodlar vasitəsilə həyata keçirilən müalicədir. Psixoterapiya prosesində pasiyent öz emosiyalarını tənzimləməyi...

Davamı

Onlayn qeydiyyat

* ilə işarəli sahələrin doldurulması məcburidir!

Qeydiyyatdan kec